Mustafa Şentop Malayziyada bir sıra görüşlər keçirib

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Malayziya Nümayəndələr Palatasının sədri Azhar Azizan Harun ilə görüşüb.

1888267
Mustafa Şentop Malayziyada bir sıra görüşlər keçirib

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Malayziya Nümayəndələr Palatasının sədri Azhar Azizan Harun ilə görüşüb.

Mustafa Şentop Malayziyanın paytaxtı Kuala Lumpurda rəsmi təmasları çərçivəsində əvvəlcə Malayziya Nümayəndələr Palatasının sədri Azhar Azizan Harun ilə təkbətək, daha sonra isə nümayəndə heyətləri arasında görüş keçirib.

Şentop daha sonra Malayziya Senatının sədri Rais Yatim və onu müşayiət edən nümayəndə heyəti ilə bir araya gəlib.

Burada çıxış edən M.Şentop ikitərəfli münasibətlərdə etimad hissinin üstünlük təşkil etməsinin sevindirici olduğunu ifadə edərək, iki ölkə arasında qurulan Hərtərəfli Strateji Tərəfdaşlığın qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyəti sahəsindəki münasibətlərin yaxşılaşdırılmasını ehtiva etdiyi anlayışında olduqlarını bildirib. 

Şentop həmçinin Myanmada Rohinca müsəlmanlarına qarşı etnik təmizləmə və soyqırım cəhdini dayandırmaq və Rohincalara humanitar yardım göstərmək səylərinin son dərəcə dəyərli olduğunu bildirib.

Şentop İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyi (İƏT) qurumu çərçivəsində İƏT-na üzv olmayan ölkələrdə yaşayan müsəlman azlıqlara qarşı insan hüquqlarının pozulması ilə bağlı hazırlanan hesabata diqqət çəkib.

M.Şentop "Müsəlman ölkələri olaraq qarşıdakı dövrlərdə də bu cür araşdırmaların davam etdirilməsi, bu mövzuda yaxından əməkdaşlıq edərək ədalət və insan mərkəzli siyasətin hökm sürməsi üçün səy göstərilməsi bütün dünyanın və bəşəriyyətin marağında olacaq” deyib.

Türkiye Böyük Millət Məclisinin sədri bildirib ki, Türkiyenin uzun müddət sədrlik etdiyi Asiya Parlament Assambleyası daha da fəallaşdırıla bilər.



Әlaqәli Xәbәrlәr