Ərdoğanla Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

1886517
Ərdoğanla Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, telefon danışığında 24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr müzakirə edilib.

Prezident Ərdoğan görüşdə uzun müddətdir üzərində çalışdıqları Rusiya-Ukrayna əsir mübadiləsinin uğurla başa çatmasından və Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə hazırladıqları İstanbul sazişinin fəaliyyətindən məmnunluğunu ifadə edib. 

Noyabrda başa çatacaq mexanizmin müddətinin uzadılmasının ortaq maraq olduğunu bildirən dövlət başçısı Rusiya gübrəsinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində işlərin davam etdirildiyini bildirib.

Ərdoğan daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu, Rusiyadan bu prosesi asanlaşdıracaq addımlar atmasının gözlənildiyini vurğulayıb.

Rusiya prezidenti Putindən danışıqlara bir şans verilməsini istəyən prezident Ərdoğan bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.

Kremldən görüşlə bağlı verilən açıqlamada isə iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi, ticarət həcminin əhəmiyyətli dərəcədə artdığı, enerji sahəsində əməkdaşlığın, o cümlədən Rusiyadan Türkiyeyə təbii qaz daşınmasının və Akkuyu Atom Elektrik Stansiyasının tikintisi sahəsindəki əməkdaşlığın müsbət qiymətləndirildiyi ifadə edilib.



Әlaqәli Xәbәrlәr