Mövlud Çavuşoğlu: "Gübrənin lazım olan bütün ölkələrə göndərilməsi üçün səy göstəririk"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna və Rusiya gübrəsinin lazım olan bütün ölkələrə göndərilməsi üçün səy göstərdiklərini bildirib.

1886694
Mövlud Çavuşoğlu: "Gübrənin lazım olan bütün ölkələrə göndərilməsi üçün səy göstəririk"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna və Rusiya gübrəsinin lazım olan bütün ölkələrə göndərilməsi üçün səy göstərdiklərini bildirib.

Mövlud Çavuşoğlu Türkiyenin Dənizli şəhərində keçirilən QHT (Qeyri-Hökumət Təşkilatları) toplantılarında etdiyi çıxışında bütün dünyada balanslaşdırılmış xarici siyasət yürütməyə çalışdıqlarını və Türkiyenin qida böhranında oynadığı rolun nə qədər əhəmiyyətli olduğunun keçən həftə keçirilən BMT Baş Assambleyasının sessiyasında şahidi olduqlarını vurğulayıb.

"Xüsusən də taxıl sazişi bizim iki tərəflə yaxşı balanslaşdırılmış münasibətlərimizin və yaxşı əlaqələrimizin nəticəsidir. Təəssüf ki, BMT və digər beynəlxalq təşkilatlar təkbaşına onlara nail olmaq üçün kifayət qədər güclü deyil", -deyə Çavuşoğlu deyib. 

Bu yaxınlarda Ukrayna ilə Rusiya arasında əsir mübadiləsini təmin etdiklərini xatırladan Çavuşoğlu deyib ki, indi biz çalışırıq ki, bütün dünyanın ehtiyac duyduğu gübrə, həm Ukrayna, həm də Rusiya gübrələri beynəlxalq bazarlara, ehtiyac duyulan bütün ölkələrə getsin.

Xarici işlər naziri prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qlobal sistemdə oynadıqları rolla dinlənilən, problemlərin həllinə töhfə verən, və hərhansı bir problem olduğu zaman “Türkiyenin faydası olar” deyilən ölkə halına gəlindiyini söyləyib.



Әlaqәli Xәbәrlәr