Prezident Ərdoğan ABŞ, Yunanıstan və Cənubi Kıbrısa (Kipr) reaksiya göstərib

Prezident Rəcəb Tayyib Ərdoğan bəzi televiziya kanallarının birgə yayımında gündəmi dəyərləndirib.

1885963
Prezident Ərdoğan ABŞ, Yunanıstan və Cənubi Kıbrısa (Kipr) reaksiya göstərib

“Bizim ABŞ-dan gözləntimiz Yunanıstanı səhv yollara istiqamətləndirməməsidir"

Bunu prezident Rəcəb Tayyib Ərdoğan dünən axşam (28 setnyabr 2022) bəzi televiziya kanallarının birgə yayımında gündəmi dəyərləndirərkən deyib. 

Amerika döyüş gəmilərinin Egey dənizindəki adalara göndərilməsini tənqid edən Ərdoğan ABŞ-ın NATO-da birlikdə olduğu ölkələr arasında ədalətli davranmadığına diqqət çəkib:

“Yunanıstan da, Türkiye də NATO-dadır. Biz NATO-da ilk 5-dəyik. Həm verdiyimiz güclə, həm də quru qoşunları ilə mühüm mövqedəyik. Türkiye və Yunanıstanı NATO-da müqayisə etmək olmaz. ABŞ-ın adalara bu cür silah, maşın və texnika göndərməsi qəbuledilməzdir”. 

"ABŞ-dan gözləntimiz Yunanıstanı səhv yollara istiqamətləndirməməsi və beynəlxalq ictimai rəyin manipulyasiya edilməsinə imkan verməməsidir. Xarici İşlər Nazirliyimiz vasitəsi ilə ABŞ və Yunanıstana lazımi xəbərdarlıqları etdik. Son məktubumuzu da Birləşmiş Millətlər Təşkilatına (BMT) sentyabrın 17-də ünvanladıq", deyə dövlət başçısı qeyd edib.

ABŞ-ın Cənubi Kıbrısa (Kipr) silah embarqosunu ləğv etməsinin məzmun və zaman baxımından heç bir izahı olmadığını qeyd edən Ərdoğan deyib:

"Hər kəs bilməlidir ki, bu son addım cavabsız qalmayacaq və Kıbrıs türklərinin təhlükəsizliyi üçün hər cür tədbir görüləcək”.


Etiketlәr: #ABŞ , #NATO , #Egey dənizi

Әlaqәli Xәbәrlәr