Prezident Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefonla danışacaq

Prezident Rəcəb Tayyib Ərdoğan bu axşam Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

1886375
Prezident Rəcəb Tayyib Ərdoğan  Vladimir Putinlə telefonla danışacaq

Prezident Rəcəb Tayyib Ərdoğan bu axşam Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Prezident Ərdoğan paytaxt ürkiye Biznesmen və Sənətkarlar Konfederasiyasının Ankarada keçirilən 21-ci Növbəti Baş Assambleyasında etdiyi çıxışda hazırda Avropanın ən mühüm gündəminin yaxınlaşan qış mövsümünü ən az zərərlə keçirmək olduğunu bildirib. 

"Avropa ölkələri hazırda nə edəcəyimizi, bu qışı necə keçirəcəklərini düşünür. Amma Türkiyenin belə bir problemi varmı? Xeyr", deyə dövlət başçısı deyib. 

Türkiye olaraq bu ağrılı dövrə rahat daxil olduqlarını qeyd edən Ərdoğan "İnşallah, bu axşam cənab (Rusiya prezidenti Vladimir) Putinlə görüşümüz olacaq. Onunla Ukrayna ilə bağlı problemləri qiymətləndirmək imkanı olacaq. Əgər fövqəladə vəziyyət olmasa qış aylarını dünyanın müxtəlif ölkələrilə müqayisədə problemsiz keçirəcəyik. Türkiye iqtisadiyyat modelinin qatqısı ilə daha da güclənəcəyik" deyib.



Әlaqәli Xәbәrlәr