Ərdoğan ukraynalı həmkarı Zelenski ilə danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub

1885807
Ərdoğan ukraynalı həmkarı Zelenski ilə danışdı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

  Telefon söhbətində fevralın 24-dən bu yana davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı proseslər dəyərləndirilib.

  R.T.Ərdoğan həmkarına Rusiya ilə Ukrayna arasında uzun müddətdir üzərində çalışdıqları əsir mübadiləsinin uğurla başa çatmasından çox məmnun olduğunu bildirib.

  Ukrayna taxılının Qara dəniz üzərindən ixracına dair razılaşmanın işə yaradığını söyləyən Türkiyə prezidenti Zaporojye Atom Elektrik Stansiyası kontekstində də oxşar yanaşmanın tətbiq oluna biləcəyini deyib, silahsızlaşdırılmış bir nüvə stansiyasının qurulması üçün lazımi vasitəçilik və asanlaşdırma təklifi verib.

  Ukraynanın bəzi bölgələrində Rusiyanın nəzarəti altında birtərəfli plebisitlərin keçirilməsinin diplomatik prosesin canlandırılması səylərini çətinləşdirəcəyini qeyd edən Ərdoğan müharibənin sülh danışıqları yolu ilə həllinə hər cür töhfə verməyə hazır olduqlarını təkrar edib.



Әlaqәli Xәbәrlәr