Mustafa Şentop Volfqanq Kubiçkini qınayıb

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Almaniya Bundestaqının sədri Baerbel Basa məktub ünvanlayıb.

1885584
Mustafa Şentop Volfqanq Kubiçkini qınayıb

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Almaniya Bundestaqının sədr müavini Volfqanq Kubiçkinin prezident Rəcəb Tayyib Ərdoğan haqqında dediklərini Almaniya Bundestaqının sədri Baerbel Basaünvanladığı məktubda qınayıb. 

Şentop "Twitter" hesabında mövzuyla bağlı etdiyi paylaşımda “Almaniya Bundestaqının sədrinə məktub yazaraq, müavinlərindən Kubiçkinin Cənab Prezidentimizə qarşı təhqiramiz ifadələrinin bizim və xalqımızın nəzdində yaratdığı fövqəladə reaksiyanı dilə gətirib, bu ifadələri qətiyyətlə pislədiyimizi bildirdim” deyib.

TBMM-nin sədri sözlərinə əlavə edib: "Türkiye-Almaniya münasibətlərini pozmağa yönəlmiş bu alçaq münasibətə qarşı tədbir görülməsini gözləyirik".



Әlaqәli Xәbәrlәr