THY Ukrayna, Yekaterinburq, Minsk, Soçi, Krasnodar və Rostova uçuşları dayandırma qərarını uzatdı

Türkiyə Hava Yolları (THY) sosial media hesablarından verilən məlumatda yazılır...

1884882
THY Ukrayna, Yekaterinburq, Minsk, Soçi, Krasnodar və Rostova uçuşları dayandırma qərarını uzatdı

 

  Türkiyə Hava Yolları (THY) aviaşirkəti Rusiyanın hücumlarına görə Ukrayna hava məkanının mülki uçuşlar üçün bağlanmasından sonra Ukrayna, Yekaterinburq, Minsk, Soçi, Krasnodar və Rostova uçuşları dayandırma qərarını uzadıb.

  THY-nin sosial media hesablarından verilən məlumatda yazılır: "Yekaterinburq, Minsk, Soçi, Ukrayna, Krasnodar və Rostov uçuşlarımız 2022-ci ilin 31 dekabr tarixi də daxil olmaqla, il sonuna qədər ləğv edildi. Dəyişiklik və uçuşları təxirə salma işlərinizi biletlərinizi aldığınız agentliklərdən və ya 0850 333 0 849 nömrəli zəng mərkəzimizdən həll edə bilərsiniz."



Әlaqәli Xәbәrlәr