PKK/YPG üzvü 14 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalındakı "Zeytun budağı" əməliyyatı bölgəsində bölücü terror təşkilatı PKK/YPG üzvü olan 14 terrorçu zərərsizləşdirilib.

1883744
PKK/YPG üzvü 14 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalındakı "Zeytun budağı" əməliyyatı bölgəsində bölücü terror təşkilatı PKK/YPG üzvü olan 14 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin açıqlamasında Suriyanın şimalında terrorçuların hücum cəhdlərinin cavabsız qalmadığı bildirilib.

Açıqlamada "Zeytun budağı" əməliyyatı bölgəsində bir baza sahəsinə minaatanlarla təcavüz edən bölücü terror təşkilatı PKK/YPG üzvü 14 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Digər tərəfdən, Şırnakda "Eren Abluka-27" əməliyyatı çərçivəsində yaxalanan terrorçuların sayı 2-yə yüksəlib.

Daxili işlər naziri Süleyman Soylu Şırnak vilayətinin Silopi qəsəbəsində bir terrorçunun tutulduğunu bildirib.

S.Soylu "Twitter" hesabında bununla bağlı paylaşımında “Onlar başlarını yuvalarından çıxaran an, qəhrəman oğullarımız onları yaxalayır" ifadəsini işlədib.

Silopinin Cudi dağı Bestabelega bölgəsində bir terrorçunun bölgədə patrul xidməti həyata keçirən jandarma qruplarının diqqəti sayəsində yaxalandığını ifadə edən S.Soylu jandarm qruplarına təbriklərini çatdırıb.



Әlaqәli Xәbәrlәr