Mövlud Çavuşoğlu: "Biz terrorun bütün forma və təzahürləri ilə mübarizə aparmalıyıq"

Nyu-Yorkda səfərdə olan Mövlud Çavuşoğlu Qlobal Terrorla Mübarizə Forumunun (TMFK) 12-ci Nazirlər iclasında çıxış edib.

1882942
Mövlud Çavuşoğlu: "Biz terrorun bütün forma və təzahürləri ilə mübarizə aparmalıyıq"

"Terrora arxa duran amillər aradan qaldırılmadan terrorla mübarizədə qalib gəlmək qeyri-mümkündür".

Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının iclasları üçün Nyu-Yorkda səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu Qlobal Terrorla Mübarizə Forumunun 12-ci Nazirlər iclasında etdiyi çıxışda deyib. 

Çavuşoğlu çıxışında terrorun inkişaf edən qlobal meydan oxuma olduğunu bildirib və texnologiyaya əlçatanlığın daha asan olmasının bu sahədə təhlükəni artırdığına diqqət çəkib.

İslamofobiya və irqçilikdən qaynaqlanan şiddətli ifrat sağçı hücumların da artdığını vurğulayan Çavuşoğlu regional və məzhəb gərginliyi, dözümsüzlük və zəif dövlətlərin terrorçu ifadələrə zəmin hazırladığını bildirib.

Nazir Çavuşoğlu sözlərinə bunu da əlavə edib ki, terrora arxa duran amilləri həll etmədikcə, terrorla mübarizədə qalib gəlmək qeyri-mümkündür. Terrorla mübarizəmizdə uğur terrorçulara təhlükəsiz sığınacaq verməmək üçün birgə səylərimizdən asılıdır. Təcrübə bizə öyrətdi ki, terrorun dini və ya etnik kimliyinin heç bir əhəmiyyəti yoxdur və biz terrorun bütün forma və təzahürləri ilə mübarizə aparmalıyıq. İkili standartların bu mübirəzədə yeri yoxdur.



Әlaqәli Xәbәrlәr