Prezident Ərdoğan BMT-nin təhsillə bağlı tədbirində çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəyyumluq Şurasında keçirilən “Təhsildə Transformasiya Zirvəsi”ndə çıxış edib.

1881901
Prezident Ərdoğan BMT-nin təhsillə bağlı tədbirində çıxış edib

"Güclü cəmiyyət, güclü ölkə ideyasına ancaq insan kapitalından düzgün istifadə etməklə və keyfiyyətli təhsil prosesi keçməklə nail olmaq mümkündür".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəyyumluq Şurasında keçirilən “Təhsildə Transformasiya Zirvəsi”ndə etdiyi çıxışda deyib.

Ərdoğan bildirib ki, son 20 ildə təhsilin genişləndirilməsi, təhsilin keyfiyyətinin artırılması və bərabər imkanların təmin edilməsi istiqamətində tarixi addımlar atıblar.

Təhsilin millətləri yaşadan, dəyişiklikləri prioritetləşdirən və dünyaya dəyər qatan təməl ünsür olduğuna diqqət çəkən Ərdoğan “Güclü cəmiyyət, güclü ölkə” idealının ancaq insan kapitalından yaxşı istifadə etməklə və ixtisaslı kadrlardan keçməklə əldə edilə biləcəyini qeyd edib.

Keçirilən tədbirin daha parlaq, yaşana bilən və ədalətli bir dünyanın təməllərinin qoyulmasında vəsilə olmasını arzulayan Ərdoğan iştirakçılara təşəkkür edib.


Etiketlәr: #BMT , #təhsil

Әlaqәli Xәbәrlәr