Hakkarinin Kazan vadisi və Han yaylağında “Eren blokadası - 37 əməliyyatı” başlanıb

Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə...

1880490
Hakkarinin Kazan vadisi və Han yaylağında “Eren blokadası - 37 əməliyyatı” başlanıb

 

  Türkiyənin Hakkari vilayətinin Kazan vadisi və Han yaylağı bölgəsində separatçı terror təşkilatı PKK-ya qarşı “Eren blokadası - 37 əməliyyatı” (Eren Abluka-37 Operasyonu) başlandı.

  Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror təşkilatı PKK-nı ölkə gündəmindən çıxarmaq və sığınacaq yeri kimi istifadə etdikləri Hakkarinin Kazan vadisi və Han yaylağında terrorçuları zərərsizləşdirmək məqsədilə “Eren Blokadası -37 əməliyyatı” başlanılıb.

  610 şəxsi heyətin iştirak etdiyi əməliyyatın ilk günündə Çukurca rayonunun Kazan vadisi və Han yaylağı çölündə terror təşkilatının əsas silah və sursat anbarı aşkar edilib. Əsas anbar və 1 sığınacaqda edilən axtarışda çox sayda qumbaraatan, silah-sursat və gündəlik ləvazimat materialları ələ keçirilib və məhv edilərək yararsız hala salınıb.



Әlaqәli Xәbәrlәr