Türkiyә vә Azәrbaycan XİN rәhbәrlәri arasında telefon danışığı olub

Bu barәdә Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

1879241
Türkiyә vә Azәrbaycan XİN rәhbәrlәri arasında telefon danışığı olub

Türkiyenin xarici işlәr naziri Mövlud Çavuşoğlu vә Azәrbaycan xarici işlәr naziri Ceyhun Bayramov Azәrbaycan-Ermәnistan dövlәt sәrhәdindә ermәni tәxribatlarını müzakirә edib.

Bu barәdә Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

“Ermənistan dərhal təxribatlara son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri uzlaşma çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, - deyә Mövlud Çavuşoğlu paylaşımında vurğulayıb.

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.



Әlaqәli Xәbәrlәr