“Ermənistan təxribat və təcavüzə son qoymalıdır", Ö.Çelik
Ö.Çelik sosial media hesabında paylaşım edib...
1879413
Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini və partiya sözçüsü Ömər Çelik Ermənistanın Azərbaycan-Ermənistan sərhədindəki münaqişələrilə bağlı təxribat və təcavüzə son qoymalı olduğunu, sülhün hamının xeyrinə olacağını bildirib.
Ö.Çelik sosial media hesabında paylaşım edib: "Ermənistan təxribat və təcavüzə son qoymalıdır. Sülh hamının xeyrinədir. Bu gün Ermənistanı münaqişəyə təhrik edən dairələr yalnız maraqlardır. Ermənistan Azərbaycanın qanuni hüquq və mənafelərinə hörmət etməlidir".