“Türk Yıldızları” 10 ildən sonra ilk dəfə Belçika səmalarında

... Bununla da “Türk Yıldızları” ən uzun müddət havada qalan komanda olub

1878733
“Türk Yıldızları” 10 ildən sonra ilk dəfə Belçika səmalarında
Türk Yıldızları_Belçika_03.jpg
Türk Yıldızları_Belçika_04.jpg
Türk Yıldızları_Belçika_02.jpg

 

  Belçikada keçirilən tədbirdə Türkiyə Hərbi Hava Qüvvələrinin hava akrobatika komandası olan “Türk Yıldızları” nümunəvi uçuş həyata keçirib.

  Belçikanın Hollandiya sərhədi yaxınlığında yerləşən Hextel (Hechtel) qəsəbəsində təşkil edilən beynəlxalq “Sanicole” hava şousuna qatılan “Türk Yıldızları” 10 ildən sonra ilk dəfə Belçikada performans nümayiş etdirdi.

  6 ədəd “F-5” tipli təyyarədən ibarət olan və “Kleine-Brogel” hava bazasından səmaya qalxaraq təqdim edilən şou təxminən 30 dəqiqə çəkib. Bununla da “Türk Yıldızları” ən uzun müddət havada qalan komanda olub.

  Türkiyə təyyarə komandasının akrobatik uçuşu tədbirə gələn minlərlə tamaşaçı tərəfindən böyük heyranlıq və alqışlarla qarşılanıb.



Әlaqәli Xәbәrlәr