Türkiye Ərəb Dövlətləri Liqasının bəyanatlarına reaksiya verib

Xarici İşlər Nazirliyi Türkiye əleyhinə qəbul edilən qərar və Ərəb Dövlətləri Liqasının Xarici İşlər Nazirləri Şurasının 158-ci iclasında istifadə edilən ifadələrlə bağlı yazılı bəyanat verib.

1877156
Türkiye Ərəb Dövlətləri Liqasının bəyanatlarına reaksiya verib

Xarici İşlər Nazirliyi Türkiye əleyhinə qəbul edilən qərar və Ərəb Dövlətləri Liqasının Xarici İşlər Nazirləri Şurasının 158-ci iclasında istifadə edilən ifadələrlə bağlı yazılı bəyanat verib. 

Bəyanatda "Ərəb Dövlətləri Liqası Xarici İşlər Nazirləri Şurasının 2022-ci il sentyabrın 6-da keçirilən 158-ci iclasında ölkəmizə qarşı əsassız iddiaların yer aldığı qərar və bəyanatların bir daha şahidi olduq. Biz bu qərar və bəyanatları tamamilə rədd edirik" deyilib.

Bəyanatda vurğulanıb ki, qərarlar “bəzi dar düşüncəli və qısamüddətli fərdi maraqların təsiri altında” qəbul edilib. Bu qərarlar Ərəb Dövlətləri Liqasını regional problemlərin həllinə konkret, konstruktiv və davamlı töhfə vermək imkanından məhrum edir.

Bəyanatda Türkiyenin qərəzli yanaşmalara baxmayaraq, beynəlxalq hüququn prinsip və normaları çərçivəsində milli təhlükəsizliyinə və maraqlarına yönəldilmiş terror təhdidlərinə qarşı mübarizəni davam etdirəcəyi də vurğulanıb.

Bəyanatda Türkiyenin bölücü terrorla mübarizəsinin region ölkələrinin suverenliyi, ərazi bütövlüyü və siyasi birliyinin qorunması baxımından kritik əhəmiyyətə malik olduğu bildirilib:

"Türkiye bu münasibətlə bir daha bəyan edir ki, regionda sabitlik və rifahın bərqərar olmasını ortaq məqsəd kimi qəbul edən bütün Ərəb Dövlətləri Liqasına üzv ölkələrlə işləməyə hazırdır". 

Xatırladaq ki, Ərəb ölkələrinin xarici işlər nazirləri Liviya, İraq və Suriya kimi ölkələrdə “Rəsmi Ankaranın müdaxilələrinin regionun təhlükəsizliyini təhdid etdiyini” irəli sürüblər.



Әlaqәli Xәbәrlәr