Türkiye Qızıl Aypara Cəmiyyətinin Çadda daşqından zərər çəkənlərə yardımı davam edir

Türkiye Qızıl Aypara Cəmiyyəti Çadda leysan yağışların səbəb olduğu seldən zərər çəkənlərə 500 ərzaq və 500 digər başqa materialların olduğu bağlama paylayıb.

1876752

Türkiyenin Encemine səfiri Kamal Kaygısız, Encemine 2-ci Bölgə Bələdiyyə Başçısı Yusuf Mahamat Yaro, Türkiye Qızıl Aypara Cəmiyyətinin Çad Nümayəndəliyinin rəhbəri Firas Kankan və Çad Qızıl Xaç Komitəsinin prezidenti Khala Ahmat Senoussi paytaxt Enceminedə ərzaq bağlamalarının təhvil verilməsi mərasimində iştirak ediblər.

Səfir Kamal Kaygısız mərasim zamanı etdiyi çıxışında Türkiye və Çad xalqları arasında əlaqələrin güclü olduğunu və mədəniyyətlərinin oxşar olduğunu bildirib.

K.Kaygısız Çadın Türkiyenin mühüm və strateji tərəfdaşı olduğunu da vurğulayıb:

"Çadlı qardaşlarımıza hər zaman könüldən köməklik göstəririk. Türkiyenin qeyri-hökumət təşkilatlarının Çada töhfələri davamlıdır. Qeyri-hökumət təşkilatlarını çadlı qardaşlarına kömək etməyə davam etmələrini dəstəkləyir və təşviq edirik". 

Bələdiyyə başçısı Yaro Türkiyeyə və Türkiye Qızıl Aypara Cəmiyyətinə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Çadda iyul ayından bəri davam edən yağışların səbəb olduğu daşqınlarda 20 adam həyatını itirərkən, 400 mindən çox insan da daşqından mənfi təsirlənib.

Әlaqәli Xәbәrlәr