Mustafa Şentop finlandiyalı və isveçli həmkarları ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop finlandiyalı və isveçli həmkarları ilə görüşüb.

1877040
Mustafa Şentop finlandiyalı və isveçli həmkarları ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop finlandiyalı və isveçli həmkarları ilə görüşüb.

Şentop Finlandiya parlamentinin sədri Matti Vanhanen və İsveç parlamentinin sədri Andreas Norlen ilə onlayn üçtərəfli görüşdə İsveç və Finlandiyanın strateji məqsəd kimi irəli sürdüyü NATO üzvlüyünü Türkiyenin prinsipial olaraq dəstəklədiyini bildirib.

Görüşdə iyun ayında NATO-nun Madrid Zirvə toplantısında imzalanan Üçlü Memorandumu xatırladan Şentop Türkiyenin PKK, FETÖ (Fətullahçı Terror Təşkilatı) və bütün digər terror təşkilatları ilə bağlı hər iki ölkədən atılacaq addımı gözlədiyini, lakin hələ də heç bir addım atılmadığını bildirib. 

Türkiyenin iki ölkənin öhdəliklərini yaxından izlədiyini qeyd edən Mustafa Şentop görüş zamanı bunları deyib:

"Üçlü Memorandum bu prosesdə bizə bələdçi olmalıdır. İsveç və Finlandiyanın NATO üzvlüyü təsdiq edilmək üçün TBMM-yə göndərildikdə, TBMM-də bu prosesdə baş verəcək müzakirələrdə bu memorandum əsas kimi götürüləcək. Şübhəsiz ki, Memorandumun nə dərəcədə həyata keçirildiyi qiymətləndiriləcək". 

Türkiyenin 70 ildən artıqdır NATO üzvü olduğunu xatırladan Şentop Türkiyenin NATO-nun təhlükəsizlik fəaliyyətlərinə ən çox töhfə verən iki ölkədən biri olduğuna da diqqət çəkib.

Türkiyenin terrorla mübarizəsinə də toxunan Şentop bölücü terror təşkilatı PKK-nın Türkiye xaricində adının dəyişdirilməsinin təşkilatın dəyişdiyi anlamına gəlmədiyini vurğulayıb.


Etiketlәr: #TBMM , #NATO

Әlaqәli Xәbәrlәr