“Yüksəliş şəhəri Samsundan fəsad tacirlərinə açıq deyirəm…” R.T.Ərdoğan

Rəcəb Tayyib Ərdoğan, Ədalət və İnkişaf Partiyasının sədri: “Hansı tələni qurursan qur, gələcəyin Türkiyə əsrinə çevrilməsinə mane ola bilməyəcəksən”

1875467
“Yüksəliş şəhəri Samsundan fəsad tacirlərinə açıq deyirəm…” R.T.Ərdoğan

 

  Rəcəb Tayyib Ərdoğan, Ədalət və İnkişaf Partiyasının sədri: “Hansı tələni qurursan qur, gələcəyin Türkiyə əsrinə çevrilməsinə mane ola bilməyəcəksən”.

  Türkiyə prezidenti Ərdoğan mənsub olduğu AK Partiyanın Samsun Genişləndirilmiş Rayon Məşvərət Məclisi Toplantısındakı çıxışında qlobal miqyasda yaşanan problemlərə baxmayaraq, Türkiyəni 2023 hədəfləri ilə qucaqlamaq və 2053 vizyonu ilə bir araya gətirmək üçün var gücləri ilə çalışdıqlarını söyləyib.

   Samsunun bu il Türkiyənin ən böyük texnologiya festivalı olan TEKNOFEST-ə ev sahibliyi etdiyini deyən Ərdoğan bildirib: “Türkiyənin təşəbbüskar ruhu bu il Samsunda özünü göstərdi.

  Hakimiyyətə gəldikdə yerli və milli istehsal 20 faiz idi, bu gün isə bu nisbət 80-dir.

  Türkiyənin dünya müdafiə sənayesi bazarında söz sahibi olması qlobal silah tacirlərini narahat edir.

  Budur, nicat və yüksəliş şəhəri Samsundan fəsad tacirlərinə açıq deyirəm: nə etsəniz də, uğur qazana bilməyəcəksiniz. Hansı tələlər qurulsa da, gələcəyin Türkiyə əsrinə çevrilməsinin qarşısını almaq mümkün olmayacaq”.



Әlaqәli Xәbәrlәr