Taxıl dәhlizi vasitәsilә 1 milyon 600 min tondan çox yük daşınıb

Taxıl dəhlizi sazişi çərçivəsində bir ayda Ukraynadan 1 milyon 680 min 396 ton yük daşınıb.

1875334
Taxıl dәhlizi vasitәsilә 1 milyon 600 min tondan çox yük daşınıb

Taxıl dəhlizi sazişi çərçivəsində bir ayda Ukraynadan 1 milyon 680 min 396 ton yük daşınıb.

Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsinin ''Twitter'' səhifəsində “Taxıl Dəhlizi Sazişi” çərçivəsində daşınan yüklərlə bağlı paylaşım edilib.

Paylaşımda  müqavilə çərçivəsində bir ayda 1 milyon 680 min 396 ton yük daşındığı, yüklərin 23 faizinin Türkiyəyə gətirildiyi, 41 faizinin isə Türkiyə bayrağı altında üzən gəmilərlə daşındığı bildirilib.

Taxıl dəhlizi çərçivəsində bu günədək 69 gəminin Ukraynanın Odesa, Çornomorsk və Yujne şəhərlərindəki limanlardan yola düşdüyü,  bunlardan 26-sının Türkiyə  bayrağı altında üzdüyü bildirilib. Həmin gəmilərdən 27-nin Türkiyə limanlarına gəldiyi, digərlərinin isə  Çin, Cənubi Koreya, Hindistan, Hollandiya, İngiltərə, İran, İrlandiya, İspaniya, İsrail, İtaliya, Liviya, Livan, Misir, Rumıniya, Somali, Sudan, Yunanıstan və Fransaya getdiyi  ifadə edilib.

Paylaşımda gəmilərin günəbaxan tumu, günəbaxan yağı, arpa, buğda, qarğıdalı, soya, şəkər çuğunduru, noxud və kolza toxumları daxil olmaqla 10 növ ərzaq məhsulu daşıdığı bildirilib.

Paylaşımda həmçinin 69 gəmidən 22-nin Rusiyanın fevralın 24-də Ukrayna ərazisində başlatdığı əməliyyat nəticəsində limanlarda qapalı qalan gəmilərdən , digərlərinin isə taxıl dəhlizinin açılmasından sonra Ukraynaya gedən və geri qayıdan gəmilərdən ibarət olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr