Rәcәb Tayyib Әrdoğan vә Boris Conson arasında telefon danışığı olub

Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.

1875291
Rәcәb Tayyib Әrdoğan vә Boris Conson arasında telefon danışığı olub

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərə baş naziri Boris Consonla telefon əlaqəsi saxlayıb.
Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, tərəflər Türkiye ilə İngiltərə arasındakı münasibətlər və regional məsələləri müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Boris Conson ilə vəzifədə olduğu müddətdə yaxın dialoq qurduqlarını, iki ölkə arasındakı münasibətləri qarşılıqlı hörmət və anlaşma əsasında daha da inkişaf etdirdiklərini bildirib.
Türkiyə lideri strateji tərəfdaş və yaxın müttəfiq olan İngiltərə ilə əlaqələrin qarşıdakı dövrdə bütün sahələrdə inkişaf edəcəyinə inandığını qeyd edib.



Әlaqәli Xәbәrlәr