Sel fəlakətindən əziyyət çəkən Pakistana Türkiyenin yardımları davam edir

Pakistanda baş verən sel fəlakətindən sonra Türkiyedən bu ölkəyə yardım aparan təyyarələrin sayı 9-a yüksəlib.

1874364
Sel fəlakətindən əziyyət çəkən Pakistana Türkiyenin yardımları davam edir

Pakistanda baş verən sel fəlakətindən sonra Türkiyedən bu ölkəyə yardım aparan təyyarələrin sayı 9-a yüksəlib.

Daxili İşlər Nazirliyi sel fəlakətindən sonra Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) koordinasiyasında Pakistana göndərilən yardımla bağlı "Twitter"də paylaşım edib.

Buna görə, avqustun 31-dək Türkiyedən Pakistana 9 təyyarə ilə 7 min 120 ailə tipli çadır, 7 min 990 ədyal və yastıq, 11 min 314 ərzaq bağlaması, 2 min uşaq qidası və gigiyena paketi, 1320 qutu geyim materialı,426 min ədəd tibbi ləvazimat, 1008 ədəd mətbəx dəsti, 50 ədəd motorlu qayıq, 3 min 935 ədəd müxtəlif ərzaq məhsulları göndərilib.

Digər tərəfdən, 2-ci "Xeyirxahlıq qatarı" ilə 2 min ailə tipi çadır, 21 min 50 ədyal, 4 min 32 mətbəx dəsti, 2 min 808 ərzaq bağlaması və 14 min ədəd müxtəlif ərzaq məhsulları Pakistana göndərilir.

Bu arada, bölgədə Türkiyedən 11-i AFAD əməkdaşı, 3 nəfərlik tibbi heyət və 6 qeyri-hökumət təşkilatı olmaqla 20 nəfər fəaliyyət göstərir.



Әlaqәli Xәbәrlәr