Üçtərəfli görüşün birincisi müsbət keçdi

28 iyun 2022-ci il tarixində NATO-nun Madrid Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveçin imzaladığı Üçtərəfli Memorandum çərçivəsində qurulan Daimi Birgə Mexanizmin ilk iclası Finlandiyanın Vantaa şəhərində baş tutub

1872914
Üçtərəfli görüşün birincisi müsbət keçdi

 

  Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Türkiyə, Finlandiya və İsveçin imzaladığı saziş çərçivəsində avqustun 26-da keçirilən Daimi Müştərək Mexanizmin ilk iclasının müsbət keçdiyini bildirib.

  28 iyun 2022-ci il tarixində NATO-nun Madrid Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveçin imzaladığı Üçtərəfli Memorandum çərçivəsində qurulan Daimi Birgə Mexanizmin ilk iclası Finlandiyanın Vantaa şəhərində baş tutub.

  Görüşdən sonra mətbuata açıqlama verən Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib: “Bu, NATO-nun Madrid Zirvə Toplantısından sonra ilk görüşü idi. Danışıqların müsbət keçdiyi barədə mənə məlumat verildi”.

  Finlandiya Xarici İşlər Nazirliyinin daimi dövlət katibi Yukka Salovaara görüşlə bağlı İsveçin “Dagens Nyheter” qəzetinə məlumat verərək müqavilədə göstərilən əməkdaşlıq mexanizminin yaradılması üzərində işə başladıqlarını bildirib və "Biz Türkiyə ilə dərin konsensusa gəldiyimizi düşünürük. Türkiyə Finlandiyadan terrorçularla bağlı yeni ekstradisiya tələbi ilə bağlı çıxış etmədi”, - deyib.

  İsveç Xarici İşlər Nazirliyinin səhifəsində əks olunan açıqlamada da sözügedən mövzu ilə bağlı belə yazılır: "Görüşdə üç ölkənin nümayəndələri NATO-nun Madriddə keçirilən sammiti ilə bağlı imzalanmış üçtərəfli sazişin icrasını müzakirə etdilər. Sazişin təqibi formaları və üç tərəfin öhdəlikləri həyata keçirəcəyi məsələləri müzakirə olunub.

  Qeyd edək ki, Finlandiya rəsmiləri əvvəlcə üçtərəfli toplantının paytaxt Helsinkidə keçirildiyini söyləmişdilər, daha sonra bu məlumatı düzəldərək görüşün Vantaa şəhərində olduğunu və təhlükəsizlik baxımından belə bir məlumat yaydıqlarını deyiblər.



Әlaqәli Xәbәrlәr