“Pençe-Kilit” əməliyyatı bölgəsində 7 terrorçu zərərsizləşdirildi

Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından verilən məlumatda bildirilir...

1872993
“Pençe-Kilit” əməliyyatı bölgəsində 7 terrorçu zərərsizləşdirildi

 

  İraqın şimalında “Pençe-Kilit” əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-nın 7 üzvü zərərsizləşdirilib.

  Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından verilən məlumatda bildirilir: "Terrora son qoymaq və millətimizi bu bəladan xilas etmək əzmindəyik. İraqın şimalında "Pençe-Kilit" əməliyyatı çərçivəsində 7 PKK terrorçusu zərərsizləşdirilib. Sonuncu terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək".

  Milli Kəşfiyyat Təşkilatı (MİT) da İraqın şimalında 2 PKK/KCK terrorçusunun zərərsizləşdirildiyini bildirilib: “MİT-in İraqın Süleymaniyyə-Asos bölgəsində təşkil etdiyi əməliyyatda 2 PKK/KCK terrorçusu zərərsizləşdirilib”.



Әlaqәli Xәbәrlәr