Türkiye Livana humanitar yardım göndərib

Türkiyedən Livana 23 yük maşını ilə humanitar yardım daşıyan gəmi Mersin şəhərindən mərasimlə yola salınıb.

1872003
Türkiye Livana humanitar yardım göndərib

Türkiyedən Livana 23 yük maşını ilə humanitar yardım daşıyan gəmi Mersin şəhərindən mərasimlə yola salınıb.

Valilikdən verilən məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) koordinasiyasında hazırlanan 511,7 ton ərzaq məhsulu daşıyan 23 yük maşınları xeyriyyə gəmisinə yüklənmək üçün Taşucu limanına gəlib. 

Mersin şəhəri valisinin müavini İbrahim Küçük təşkil edilən mərasimindəki çıxışında 4-cü gəminin Livana yardım kampaniyası çərçivəsində göndərildiyini bildirib.

Livanda insanların ehtiyaclarını ödəməkdə çətinlik çəkdiklərini qeyd edən Küçük “Yüksək mərhəmət duyğusuna sahib türk millətinin tolerantlığı və xeyirxahlığı ilə buradan göndərəcəyimiz yardımların Livandakı qardaşlarımızın ehtiyaclarına çarə olacağını ümid edirik" deyib.



Әlaqәli Xәbәrlәr