Rәcәb Tayyib Әrdoğan Ukraynaya sәfәr edib

Bu barәdә Türkiye Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsindәn verilәn mәlumatda bildirilib.

1869353
Rәcәb Tayyib Әrdoğan Ukraynaya sәfәr edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə avqustun 18-də Lvov vilayətinə birgünlük işgüzar səfərə gedib.

Bu barәdә Türkiye Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsindәn verilәn mәlumatda bildirilib. Məlumata əsasən, səfər çərçivəsində iki ölkə liderlərinin görüşlərində strateji tərəfdaşlıq səviyyəsində Türkiye-Ukrayna münasibətlərinin bütün aspektləri qiymәtlәndirilәcәk. Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. Türkiye dövlət başçısını geniş tərkibli nümayəndə heyəti müşayiət edir.



Әlaqәli Xәbәrlәr