Prezident Ərdoğanla Yair Lapid arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapid ilə telefon danışığı aparıb.

1869276
Prezident Ərdoğanla Yair Lapid arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapid ilə telefon danışığı aparıb.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin məlumatına görə, telefon söhbəti zamanı Türkiye-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan İsrail Prezidenti İsxaq Hersoq və İsrailin Baş naziri Yair Lapidin ötən aylarda Türkiyeyə səfərləri zamanı razılaşdırılmış çərçivədə ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.

Avqustun 17-də açıqlanan 'qarşılıqlı səfirlərin təyin edilməsi' qərarına toxunan dövlət başçısı Ərdoğan yeni səfirin təyinatı üçün yaxın zamanda lazımi addımları atacaqlarını bildirib.

Prezident Ərdoğan həmçinin Türkiye ilə İsrail arasında əməkdaşlığın və dialoqun davamlı əsasda və qarşılıqlı həssaslıqlara hörmət əsasında inkişafını dəstəklədiyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr