Türkiyenin XİN rәhbәri: ‘‘İsrailә sәfir tәyin edәcәyik’’

Türkiyenin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyәnin İsrailә sәfir tәyin edәcәyini bildirib.

1869161
Türkiyenin XİN rәhbәri: ‘‘İsrailә sәfir tәyin edәcәyik’’

Türkiyenin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyenin İsrailә sәfir tәyin edәcәyini bildirib.

Mövlud Çavuşoğlu Türkiyedә sәfәrdә olan Qırğızıstanın xarici işlәr naziri Ceenbek Kulubayevlә keçirdiyi görüşdәn sonra tәşkil edilәn birgә mәtbuat konfransında çıxış edib.

İsrail ilә Türkiye arasındakı münasibәtlәrә toxunan Mövlud Çavuşoğlu İsrailә sәfir tәyin etmәk qәrarına gәldiklәrini deyib.

İsrail ilә dialoq prosesinin başladığını bildirәn Mövlud Çavuşoğlu deyib:  "Münasibətlərin normallaşması ilə bağlı atacağımız addımlardan biri də səfirlərin təyinatı olub. Bu məsələ ilə bağlı daha əvvəl işə başladığımızı açıqlamışdıq. İsrail bu mәsәlә ilә bağlı müsbәt addım atdı.Biz dә İsrailә sәfir tәyin etmәk qәrarına gәldik. Xeyirli olsun . Bundan sonra adların təqdim edilməsi ilə bağlı proses başlayacaq''.

İsrailin baş naziri Yair Lapidin ofisinin  bu gün verdiyi bәyanatda vurğulanıb ki,  İsrail Türkiye ilə diplomatik əlaqələri bərpa edəcək və iki ölkә arasındakı münasibәtlәr normallaşacaq.

Bәyanatda bu ifadәlәrә yer verilib.“İki ölkə arasındakı münasibətlərin yenidən diplomatik səviyyəyə çatdırılması, iki ölkənin səfirləri və baş konsullarının yenidən təyin edilməsi qərarına gәlinib’’.

İsrail Nazirlәr Kabinetinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә edilәn paylaşımda  isә bu ifadәlәrә yer verilib: "Türkiye ilə əlaqələrin bərpası regional sabitlik üçün çox vacibdir və İsrail vətəndaşları üçün mühüm iqtisadi xəbərdir. Biz İsrailin dünyadakı mövqeyini gücləndirməyə davam edəcəyik. Baş nazir Yair Lapid və Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra İsrail ilә Türkiye arasındakı diplomatik münasibətlər bәrpa olundu’’.



Әlaqәli Xәbәrlәr