Bu il Antalyaya gәlәn xarici turistlәrin sayı yeddi milyonu keçib

Antalya valisi Ersin Yazıcı bu il şəhərə gələn xarici turistlərin sayının 7 milyonu keçdiyini bildirib.

1867309
Bu il Antalyaya gәlәn xarici turistlәrin sayı yeddi milyonu keçib

Antalya valisi Ersin Yazıcı bu il şəhərə gələn xarici turistlərin sayının 7 milyonu keçdiyini bildirib. O, qeyd edib ki, Antalyaya bu il әn çox alman turistlәr gәlib.

Valilikdən verilən açıqlamaya görə, Yazıcı Antalyanın dünyanın əhəmiyyətli turizm mərkəzləri arasında olduğunu bildirib.

"Xaricdən gələn turistlərin sayı 7 milyonu keçib. Antalyaya gәlәn turistlәrin әksәriyyәti Almaniya vәtәndaşıdır. 1 yanvar-31 iyul tarixləri arasında şәhәrimizә Almaniyadan 1 milyon 363 min 526, Rusiyadan isə 1 milyon 275 min 353 turist gəlib’’,-deyә Ersin Yazıcı vurğulayıb.



Әlaqәli Xәbәrlәr