Konyada iki qardaş ölkənin dövlat başçıları arasında görüş olub

Avqustun 9-da Prezident Rəcəb Tayyib Ərdoğan ilə Konya şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş olub.

1865765

Azərbaycan Prezidenti İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə dəvətə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Dövlət başçısı Ərdoğan da öz növbəsində dəvəti qəbul edib, tədbirdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti Əliyev, eyni zamanda, İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Dövlət başçısı Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə edibi və şəhidlərlə bağlı başsağlığı verib.

Görüşdə bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparılıb, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Әlaqәli Xәbәrlәr