Türkiyə XİN bir neçə müsəlmanın qətlə yetirilməsindən narahatdır

Türkiyə ABŞ-ın Nyu-Meksiko ştatının Albukerkə şəhərində bir həftə ərzində 3 müsəlmanın öldürülməsi ilə bağlı açıqlama tələb edir.

1864775
Türkiyə XİN bir neçə müsəlmanın qətlə yetirilməsindən narahatdır

Türkiyə ABŞ-ın Nyu-Meksiko ştatının Albukerkə şəhərində bir həftə ərzində 3 müsəlmanın öldürülməsi ilə bağlı açıqlama tələb edir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, noyabr ayından bəri 4, son 1 həftədə isə 3 müsəlmanın öldürülməsi şübhə doğurur və bu, Türkiyənin narahatlığına səbəb olur.

Rəsmi Ankara hadisəni törədənlərin ən qısa zamanda tapılmasının və ədalət qarşısına çıxarılmasının, ayrıca hadisənin həssas və ətraflı şəkildə araşdırılmasının vacibliyini qeyd edib.

Türkiyə XİN qətlə yetirilən müsəlmanların yaxınlarına başsağlığı da verib.



Әlaqәli Xәbәrlәr