Ərdoğan Suriyaya qarşı yeni əməliyyatın siqnalını verdi
Paytaxt Ankaradakı Çankaya Köşkündə keçirilən 13-cü Səfirlər Konfransında çıxış edən R.T.Ərdoğan deyib...
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fələstin xalqının və qəzzalı qardaşlarının yanında olduğunu bildirib.
Paytaxt Ankaradakı Çankaya Köşkündə keçirilən 13-cü Səfirlər Konfransında çıxış edən R.T.Ərdoğan deyib: “İsrailin Qəzzada mülki əhalini hədəf alan hücumlarına qarşı Türkiyə açıq mövqe tutub. Uşaqları, qundaqlı körpələri öldürmək üçün heç bir bəhanə ola bilməz. Türkiyə Fələstin xalqının və onların qəzzalı qardaşlarının yanındadır".
Ərdoğan çıxışında Suriyaya qarşı yeni əməliyyatın da siqnallarını verib: "Cənub sərhədimizdə 30 kilometr dərinlikdə neytral və təhlükəsiz xətt qurmaq qərarımız qalır. Tezliklə Suriyada terror təşkilatının yuva qurduğu son əraziləri təmizləyərək bu təhlükəsizlik kəmərinin halqalarını birləşdirəcəyik".
Azərbaycan və Ermənistan arasında baş verən son hadisələrlə bağlı Türkiyə başçısı: “Ermənistan hadisələri düzgün dərk edərsə, Azərbaycan və Türkiyənin səmimi çağırışlarına cavab verərsə, regionumuzun sabitliyə qovuşacağına inanıram”, - dedi.
Şərqi Aralıq dənizində təbii qaz fəaliyyətinə də toxunan Ərdoğan " Biz səlahiyyət sahələrimizdə belə hər hansı əməliyyata getmədik və istəmirik də" deyə söyləyib.