Taxıl gəmisi Odessadan yola düşdü

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki...

1861733
Taxıl gəmisi Odessadan yola düşdü

 

  Ukraynanın Odessa limanından taxılla yüklənmiş ilk gəmi Türkiyə vaxtı ilə saat 08.30-da yola düşüb.

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, ölkənin milli müdafiə naziri Hulusi Akarın nazirlər və əlaqədar tərəflərlə keçirdiyi görüşlər və İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin intensiv işi nəticəsində taxılla yüklənmiş ilk gəmi saat 08:30-da Odessa limanından yola düşüb.

  Misir yüklü və Sierra Leone bayraqlı “Razoni” yük gəmisi Livana gedəcək.

  Xatırladaq ki, 22 iyul 2022-ci ildə Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan “Ukrayna limanlarından taxıl və qida məhsullarının təhlükəsiz daşınması təşəbbüsü” sənədi çərçivəsində göndərilən bu ilk gəmidən sonra digər gəmilərin də müəyyən edilmiş dəhlizlər və prosedurlar çərçivəsində yola salınması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr