Türkiyə BMT-nin sabiq sədrinin Ermənistan səfərinə münasibət bildirdi

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir...

1860359
Türkiyə BMT-nin sabiq sədrinin Ermənistan səfərinə münasibət bildirdi

 

  Türkiyə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 76-cı sədri və Maldiv adalarının xarici işlər naziri Abdulla Şahidin Ermənistandakı qondarma soyqırım abidəsinə baş çəkməsinə münasibət bildirib.

  Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “BMT Baş Assambleyasının sədrliyi kimi ədalətli və qərəzsiz bir vəzifəni yerinə yetirmiş, qondarma soyqırım abidəsinə gedən A.Şahid daha diqqətli və məsuliyyətli davranmalıydı.

  Abdulla Şahidin Ermənistana səfəri birtərəfli erməni çıxışları üçün alət oldu.

  Ümumiyyətlə, BMT-nin səlahiyyətli orqanlarını təmsil edən şəxslər BMT mükəmməlliyinə, beynəlxalq hüquq norma və qaydalarına, xüsusən də BMT-nin 1948-ci il “Soyqırımın qarşısının alınması və cəzalandırılmasına dair Konvensiya”sına uyğun hərəkət etməlidirlər.

  Biz siyasi manipulyasiya yolu ilə tarixi faktları və beynəlxalq hüququ saxtalaşdırmaq cəhdlərini pisləyir və rədd edirik. Türkiyə bu fikirdədir ki, 1915-ci il hadisələri ilə bağlı faktlar tam, ədalətli və dürüst bir çərçivədə müzakirə olunmalıdır.”



Әlaqәli Xәbәrlәr