“Bu, Türkiyəyə qarşı ilk qarayaxma kampaniyası deyil”, Ö.Keçeli

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası iyulun 20-də İraqın şimalındakı Duhok şəhərində 9 mülki şəxsin ölümü ilə nəticələnən hücumla bağlı toplaşıb

1860145
“Bu, Türkiyəyə qarşı ilk qarayaxma kampaniyası deyil”, Ö.Keçeli

 

  Türkiyə hər zaman İraqın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini davam etdirib və bunların terror təşkilatları tərəfindən pozulduğunu bəyan edib.

  Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası iyulun 20-də İraqın şimalındakı Duhok şəhərində 9 mülki şəxsin ölümü ilə nəticələnən hücumla bağlı toplaşıb.

  Türkiyənin BMT-dəki daimi nümayəndəsi Öncü Keçeli buradakı çıxışında deyib: “Türkiyə hücumdan dərhal sonra İraq hökuməti və İraq Kürd Regional İdarəçiliyi ilə əlaqə saxlayıb, Türkiyə Xarici İşlər Nazirliyi açıqlama verib və ölkəmiz həqiqəti ortaya qoymaq üçün addımlar atmağa hazır olduğunu bildirib. Türkiyənin İraq Səfirliyi və Ərbil Baş Konsulluğu da oxşar mesajlar verib.

  Əleyhimizə olan iddiaları rədd edir, İraq hökuməti tərəfindən araşdırma aparılması fikrini dəstəkləyirik.

  Bu, Türkiyəyə qarşı ilk qarayaxma kampaniyası deyil. Xatırladaq ki, 22 avqust 2021-ci ildə yenə Duhokda - eyni bölgədə avtomobilə edilən hücum nəticəsində 2 iraqlı turist həyatını itirdiyi zaman da Türkiyəni günahlandırmaq üçün kampaniya başlandı, ancaq hadisədən separatçı terror təşkilatı PKK məsuliyyət daşıdığını bildirdi.

  Türkiyə hər zaman İraqın suverenliyi, ərazi bütövlüyü, sabitliyi və rifahına verdiyi güclü dəstəyi qoruyub. Əks iddialar real deyil və şərdir. Çox açıq deyirik: İraqın suverenliyi və ərazi bütövlüyü Türkiyə deyil, terror təşkilatları tərəfindən pozulur.”



Әlaqәli Xәbәrlәr