“Türkiyəlilər Almaniyada daimi qalacaq, buna görə də…”, Ə.B.Şen

Almaniya-Türkiyə Cəmiyyətinin (Almanya Türk Toplumu - TGD) Baş Assambleyasında çıxış edən Ə.B.Şen deyib...

1845342
“Türkiyəlilər Almaniyada daimi qalacaq, buna görə də…”, Ə.B.Şen

 

  Türkiyənin Almaniyadakı səfiri Əhməd Başar Şen bildirib ki, Almaniyada türkiyəlilərin gözləntisi ikili vətəndaşlığın qanuniləşdirilməsi və Almaniya vətəndaşlığının asanlaşdırılmasıdır.

  Almaniya-Türkiyə Cəmiyyətinin (Almanya Türk Toplumu - TGD) Baş Assambleyasında çıxış edən Ə.B.Şen 25 ildən artıqdır Almaniyada türklərin haqq və mənafeləri üçün uğurla fəaliyyət göstərən TGD-ni təbrik edərək deyib: “Türkiyəlilər Almaniyada daimi qalacaqlarını qəbul edir.

  Almaniyadakı türkiyəlilər ikili vətəndaşlığın qanuniləşdirilməsini və Almaniya vətəndaşlığının asanlaşdırılmasını gözləyirlər. Almaniya vətəndaşlığı olmayanların da ən azı yerli seçkilərdə səsvermə hüququ əldə etmələrini gözləyirlər.

  Türkiyə ilə Almaniya arasında tarixən çoxşaxəli köklü tərəfdaşlıq və ittifaqlar mövcuddur. Almaniyada yaşayan təxminən 3,5 milyon türkiyəliə əsaslanan humanitar əlaqələr iki ölkə arasındakı münasibətlərin ən mühüm ölçülərindən biridir.

  Türkiyə ictimaiyyəti 60 ildən artıqdır ki, Almaniyanın inkişafına və multikultural kimliyinə böyük töhfələr verir. Bu gün Almaniyadakı türklərin siyasət, iqtisadiyyat, elm, idman, incəsənət kimi müxtəlif sahələrdə çox mühüm uğurlar əldə etdiyini görürük. Biz bununla fəxr edirik.

  Almaniyada ksenofobiya, islamofobiya və ayrı-seçkilik kimi mühüm problemlər davam edir. Türkiyənin Almaniyadakı nümayəndələrinin hökumətin irqçiliyə qarşı gördüyü tədbirlərin effektiv şəkildə həyata keçirilməsini gözləyir.



Әlaqәli Xәbәrlәr