Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb

Prezident Ərdoğan  ilə Yens Stoltenberq  arasında baş tutan telefon danışığında İsveç və Finlandiyanın Alyansa üzvlük müraciətləri müzakirə edilib.

1843907
Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb

Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin məlumatına görə, görüşdə Prezident Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləriylə bağlı Türkiyənin haqlı narahatlıqlarının aradan qaldırılması üçün lazımlı addımların atılmasının vacibliyini diqqət çəkib və hər iki ölkədən Türkiyənin haqlı gözləntilərinə cavab verəcək konkret addımları görmədən, terrorla mübarizə və müdafiə sənayesi əməkdaşlığında paradiqma dəyişikliyinə dair yazılı öhdəliklər vermədən prosesdə irəliləyiş əldə edilə bilməyəcəyini vurğulayıb.

NATO-nun Baş katibi Stoltenberq də Prezident Ərdoğanla telefon danışığı ilə bağlı sosial şəbəkədə açıqlama verib.

İyunun 29-30-da İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO-nun zirvə yığıncağından əvvəl Ərdoğanla konstruktiv görüş keçirdiyini bildirən Stoltenberq deyib:

“Terrorla mübarizədə Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarının aradan qaldırılmasının və Finlandiya və İsveçin NATO-ya üzvlük prosesində irəliləyişin əldə edilməsinin vacibliyini müzakirə etdik”.



Әlaqәli Xәbәrlәr