Prezident Ərdoğan “İxracat Çempionları Mükafatı” Mərasimində çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan: “Türkiyənin ixracatı 243 milyard dollara çatıb. Bunu artırmaqda davam edəcəyik”.

1842389
Prezident Ərdoğan “İxracat Çempionları Mükafatı” Mərasimində çıxış edib

Prezident Ərdoğan İstanbulda keçirilən Türkiyə İxracatçılar Məclisinin 29-cu Fövqəladə Baş Assambleyası və “İxracın Çempionları Mükafatı” Mərasimində çıxış edib.

Prezident: “İxrac çempionu kimi mükafatlandırılacaq şirkətlərimizi və iş adamlarımızı ürəkdən təbrik edirəm. Türkiyənin ixrac həcmi 243 milyard dollara çatıb. Lakin bu göstəricinin hər ay artacağına inanıram. Bu rəqəmlər göstərir ki, 217 ölkə və bölgəyə reallaşdırdırdığımız ixrac ilə daha bayrağımız hər yerdə dalğalanmağa başlayıb. 2022-ci ilin ilk rübündə Türkiyənin iqtisadi artımına güclü töhfə verən ixracat həcmindəki böyük artım investisiya, məşğulluq, istehsal, ixrac və cari profisitlə böyütmək məqsədinə doğru möhkəm addımlar irəlilədiyimizin də sübutu hesab edilir. Tutum artımı və yeni investisiya kimi üsullarla istehsalı artırmaq istəyənlərə dəstəyimiz davam edəcək”.

Terrora qarşı aparılan uğurlu mübarizəyə də toxunan Prezident Ərdoğan separatçı terror təşkilatı PKK-ya ağır zərbələr endirildiyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr