TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı avropalı yayımçılara çağırış edib

TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı İstanbulda tәşkil edilәn media sammitindә çıxış edib.

1831401
TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı avropalı yayımçılara çağırış edib

Türkiyә Radio vә Televiziya Qurumunun (TRT) Baş direktoru Mehmet Zahid Sobacı İstanbulda tәşkil edilәn media sammitindә deyib: ‘‘Qlobal terrora qarşı güclü mübarizә aparan Türkiyәnin ictimai yayımçısı olaraq terrora qarşı güclü әmәkdaşlıqla bağlı çağırış edirәm’’.

Türkiyә Radio vә Televiziya Qurumundan verilәn mәlumata görә, TRT-nin dә üzv olduğu Avropa Yayım Birliyinin (EBU) tәmsilçilәri yeni növ koronavirus (Covid-19) epidemiyası sәbәbindәn iki ildәn sonra ilk dәfә üz-üzә görüş keçirib.

EBU Media Sammitindә TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı vә EBU-nun Baş direktoru Noel Kurrenla yanaşı 41 ölkәdәn 200-ә yaxın yayım orqanının rәhbәri iştirak edib.

Sammitin açılışında çıxış edәn Mehmet Zahid Sobacı böhranları, problemlәri vә dәyişikliklәri rәqәmsallaşma prosesindәn ayrı düşünә bilmәyin mümkün olmadığını ifadә edib.

Mehmet Zahid Sobacı deyib: ‘‘Biz ictimai yayımçılar olaraq dezinformasiya vә mәqsәdyönlü qavrayış әmәliyyatlarına qarşı mübariza aparan әhәmiyyәtli yayım orqanlarıyıq. İctimai yayımçılar olaraq üzәrimizә böyük mәsuliyyәt düşür. Biz radikallaşma, gəlir bərabərsizliyi, qlobal terrorizm, kibertəhlükəsizlik və ekoloji problemlər barədə ictimaiyyəti məlumatlandırmalıyıq. Qlobal terrora qarşı amansız mübarizә aparan Türkiyәnin ictimai yayımçısı olaraq terrora qarşı güclü әmәkdaşlıqla bağlı çağırış edirәm’’.

Mehmet Zahid Sobacı vurğulayıb ki, tәrәfsizlik, әdalәtlilik vә doğruluq gələcəyin rəqəmsal mediasının dəyişməz standartları olmalıdır.

“Bu məqsədlə mən şübhə etmirəm ki, EBU üzvləri olaraq həmişə olduğu kimi həmrəylik ruhu ilә daha sülhsevər gələcək naminə birgə yaradıcı təşəbbüslərlə əməkdaşlığımızı gücləndirəcəyik və genişləndirəcəyik, eyni zamanda nəşriyyat mədəniyyətini zənginləşdirəcəyik. Unutmayaq ki, biz birlikdə daha güclüyük”,-deyә Türkiyә Radio vә Televiziya Qurumunun Baş direktoru qeyd edib.

Bu gün dünyanın ən önəmli media aktorlarından birinə çevrilən TRT-nin 18 televiziya, 17 radio kanalı, 9 rəqəmsal platforma, rəqəmsal tətbiqlәr və bir çox milli və beynәlxalq tədbirləri ilə Türkiyədə yayım lideri mövqeyini davamlı olaraq qoruduğunu bildirәn M.Z.Sobacı deyib:

‘‘İnsanları və coğrafiyaları ayırmadan dünyanı bötöv görmәliyik vә hәr bir insanı dәyәrli hesab edәrәk gözdən salmağın çıxış yolu olmadığını dәrk etmәliyik. Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanın beynәlxalq platformalarda sәslәndirdiyi  "Dünya beşdən böyükdür" şüarı daha әdalәtli qlobal sistemin inşası vә hamımızın tәhlükәsiz gәlәcәyinә qoyulacaq yeganә sәrmayәdir. Türkiyə dünyanın sülh zәmini olaraq liderlərin ən kritik beynəlxalq mövzularda bir araya gəldiyi, qlobal auditoriyanın xoş xəbərlər gözlədiyi, qlobal görüşlərin keçirildiyi və həll təkliflərinin sәslәndirildiyi  nadir ölkələrdən biridir. Bu kontekstdə biz EBU-nun da önəm verdiyi bir məsələ olan gənclərlə ictimai yayım arasındakı əlaqəni prioritetləşdirən, qlobal problemlərə və onların həlli yollarına baxışlarını ortaya qoyan araşdırmalar həyata keçiririk”.

TRT-nin beynəlxalq xəbər platformaları haqqında da danışan M.Z. Sobacı deyib:

"TRT olaraq  televiziya və radio kanallarımız, hәmçinin  rəqəmsal platformalarımızla bu gün dünyanın 7 qitəsinə 41 dil və ləhcədə yayımlarımızı çatdırırıq. TRT World ilə yanaşı, rəqəmsal xəbər platformalarımıza TRT Almanca, TRT Rusca , TRT Ərəbcә vә bu yaxınlarda TRT Fransızcanı da әlavә edәrәk  beynәlxalq yayım ailәmizin әn yeni üzvünün  yaradılmasını qeyd etdik. Bundan əlavə, Afrika, Balkan və Fars dillәrindә  rəqəmsal xəbər platformalarının açılması ilə bağlı fәaliyyәtlәrimizi davam etdiririk”.

TRT-nin serial və ortaq proqramları haqqında da mәlumat verәn TRT-nin Baş direktoru Mehmet Zahid Sobacı bildirib ki, Türkiyә Amerikadan sonra serial ixracında ikinci yerdәdir. Seriallarımıza, filmlәrimizә  və cizgi filmlərimizə böyük tələbat var. Son üç ildə TRT-nin birgә istehsalı olan bədii filmlər Kann, Berlin, Karlovı Varı, Venesiya, San Sebastyan, Varşava və Lokarno film festivalları başda olmaqla 300-dən çox milli və beynəlxalq festivalda təxminən 275 mükafata layiq görülüb.

İki gün davam edәcәk tәdbirdә ictimai yayımın gələcəyi, həll edilməli olan problemlər, yeni tendensiyalar və gənclər üçün əlçatanlıq kimi bir çox mövzular müzakirə olunacaq.

 

 



Әlaqәli Xәbәrlәr