4 ay ərzində Antaliyaya gələn xarici turist sayı

Antaliya Valiliyi Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə...

1821177
4 ay ərzində Antaliyaya gələn xarici turist sayı

 

  Türkiyənin turizm şəhəri Antaliya yanvar-aprel dövründə hava yolu ilə gələn 1 milyon 112 min 383 xarici turisti qəbul edib.

  Dənizi, qumu, günəşi, tarixi, təbii gözəllikləri, mədəni abidələri, körfəzləri və antik şəhərləri ilə dünyanın mühüm turizm mərkəzləri arasında yer alan Antaliya müxtəlif ölkələrdən gələn turistləri qarşılayır.

  Antaliya Valiliyi Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, 1 yanvar - 30 aprel tarixləri arasında hava yolu ilə şəhərə gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 162 faiz artıb. 2020-ci ildə 431 min 769, 2021-ci ilin yanvar, fevral, mart, aprel aylarında isə 423 min 773 xarici turistin gəldiyi Antaliyada 2022-ci ilin eyni dövründə 1 milyon 112 min 383 turist istirahət edib.

  Antaliyaya ən çox turist Almaniya, İngiltərə və Rusiyadan gəlib.



Әlaqәli Xәbәrlәr