Rәcәb Tayyib Әrdoğan vә Mark Rutte arasında telefon danışığı olub

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Hollandiya Baş naziri Mark Rutte ilә telefon әlaqәsi saxlayıb.

1816698
Rәcәb Tayyib Әrdoğan vә Mark Rutte arasında telefon danışığı olub

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Hollandiya Baş naziri Mark Rutte ilә telefon әlaqәsi saxlayıb.

Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsindәn verilәn mәlumata görә, görüşdә Ukrayna ilә Rusiya arasındakı müharibә başda olmaqla regional mövzular vә Türkiyә ilә Hollandiya arasındakı münasibәtlәrin inkişaf etdirilmәsi üçün atılacaq addımlar müzakirә olunub.

Prezident Rәcәb Tayyib Әrdoğan söhbәt zamanı İstanbul prosesinin Ukrayna müharibәsinin sona çatdırılmasında әhәmiyyәtli addım olduğuna diqqәt çәkib.

Xüsusilә humanitar dәhlizlәr mәsәlәsindә hәm Rusiya, hәm dә Ukrayna orqanları ilә görüşlәr keçirmәyә davam etdiklәrini bildirәn Rәcәb Tayyib Әrdoğan müharibәnin sona çatdırılması vә qlobal tәsirlәrinin azaldılması mәqsәdilә atılacaq addımlar ilә bağlı keçirilәn görüşlәrin faydalı olduğunu ifadә edib.



Әlaqәli Xәbәrlәr