Prezident Ərdoğan: “Türkiyənin heç kimin torpağında gözü yoxdur”

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin heç kimin torpağında gözü  olmadığını  vurğulayıb.

1815200
Prezident Ərdoğan: “Türkiyənin heç kimin torpağında gözü yoxdur”

Prezident, Ədalət və İnkişaf Partiyasının sədri Ərdoğan Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısındakı çıxışında İraqın şimalında separatçı terror təşkilatı PKK-ya qarşı təşkil edilən “Pəncə-Kilit” əməliyyatına toxunub. Ərdoğan bildirib ki, PKK-nın gizləndiyi  bölgələrdə   həyata  keçirilən  hərtərəfli Qapalı Hərbi əməliyyatın məqsədi Türkiyənin sərhəd təhlükəsizliyini təmin etməkdir. Əməliyyatda iştirak  edən  qəhrəman  əsgərlərə uğurlar  diləyən  prezident Ərdoğan  şəhid olan 2 əsgərin  ailəsinə,  TSQ-nə  və  Türk  millətinə başsağlığı verib.  Şəhidlərin  qisasının   alındığını, endirilən  zərbələrlə   daha  terror təşkilatlarının Türkiyədə fəaliyyət göstərəcək  güclərinin  qalmadığını  sözlərinə  əlavə  edib. 



Әlaqәli Xәbәrlәr