Prezident Ərdoğan İordaniya Kralı II Abdullah ilə görüşüb
Prezident Rəcəb Tayyib Ərdoğan ilə İordaniya Kralı II Abdullah arasında baş tutan telefon danışığında Ramazan ayında İsrailin Fələstinlilərə müdaxiləsi məsələsi müzakirə edilib.
1814230

Prezident Ərdoğan sosial media hesabından görüş ilə əlaqəli paylaşdığı açıqlamasında Kral Abdullaha keçirdiyi cərrahi əməliyyat səbəbindən təcili şəfa və cansağlığı dilədiyini bildirib. Ramazan ayında İsrailin müdaxiləsi ilə Fələstində baş verən hadisələrin narahatlıq yaratdığını qeyd edib. Türkiyə və İordaniya olaraq bölgədə sülhün bərqərar olması uğrunda atılası addımlar mövzusunda cənab Abdullahla yaxından əməkdaşlıq etmək barədə razılığa gəldiklərini vurğulayıb.