Türkiyə Efiopiya hökumətinin qərarını alqışlayıb

Türkiyə Efiopiya hökumətinin martın 24-də elan etdiyi müddətsiz humanitar atəşkəs qərarını alqışladığını bildirdi.

1801821
Türkiyə Efiopiya hökumətinin qərarını alqışlayıb

Türkiyə Efiopiya hökumətinin martın 24-də elan etdiyi müddətsiz humanitar atəşkəs qərarını alqışladığını bildirdi. 

Xarici İşlər Nazirliyinin mövzuyla bağlı bəyanatında deyilib:

“Atəşkəs elanını münaqişənin həlli yollarının tapılması baxımından düzgün istiqamətdə atılmış addım kimi qiymətləndirir və bunun davamlı sülhlə nəticələnəcəyini gözləyirik”.

Bəyanatda humanitar yardımın Tiqraya və ehtiyacı olan bütün bölgələrə fasiləsiz çatdırılacağına ümid edildiyi bildirilib. 

Qeyd edək ki, Efiopiya hökuməti daxili münaqişədən zərər çəkmiş və köçkünlərə daha sürətli yardım göstərmək üçün dünən Tiqray əyalətində birtərəfli atəşkəs elan edib.

2020-ci ilin noyabr ayından Efiopiyada ordu ilə qiyamçı Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) arasında münaqişə böyük humanitar böhrana səbəb olub.

Tiqrayın qonşu ştatlarına da yayılan münaqişələr təxminən 2,5 milyon insanı didərgin salıb.



Әlaqәli Xәbәrlәr