Hollandiyanın baş naziri Türkiyədə səfərdədir
Hollandiyanın (Niderland) baş naziri Mark Rutte Türkiyədə səfərdədir




Hollandiyanın (Niderland) baş naziri Mark Rutte Türkiyədə səfərdədir.
M.Rutte ilk olaraq nümayəndə heyəti ilə birlikdə Qazi Mustafa Kamal Atatürkün məzarının yerləşdiyi Anıtkabiri ziyarət edib.
Daha sonra Prezident Aparatına (Cumhurbaşkanlığı) gedən Hollandiya baş naziri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Ölkə başçılarının təkbətək və heyətlərarası görüşlərdən sonra birgə mətbuat konfransı keçirəcək.
Səfər çərçivəsində Türkiyə-Hollandiya münasibətləri bütün ölçüləri ilə nəzərdən keçiriləcək və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar qiymətləndiriləcək.
Söhbətlər zamanı həmçinin Rusiya-Ukrayna müharibəsi başda olmaqla, aktual regional və beynəlxalq problemlər, eyni zamanda ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Әlaqәli Xәbәrlәr

Türkiyenin Milli Müdafiә Nazirliyi son bir həftədə zərərsizləşdirilən terrorçuların sayını açıqladı
Bu barədə Milli Müdafiə Nazirliyinin (MSB) keçirdiyi məlumatlandırma toplantısında bildirilib.