“Çanaqqala keçilməz" sözləri o dastanla dünyanın yaddaşına yazıldı

Türk milləti üçün yenidən yaranma dastanıdır 18 Mart Çanaqqala Zəfəri

1603640
“Çanaqqala keçilməz" sözləri o dastanla dünyanın yaddaşına yazıldı
canakkale.jpg
canakkale.jpg
canakkale.jpg
canakkale.jpg
canakkale.jpg

 

  Türk milləti üçün yenidən yaranma dastanıdır 18 Mart Çanaqqala Zəfəri.

  Nəhəng düşmən zirehliləri bir gün içində yox edildi.

  Dəniz döyüşünün qazanıldığı o gün "Çanaqqala keçilməz" kəlamı Gelibolu yarımadasından bütün dünyanın yaddaşına qazındı.

  Türk əsgəri 18 mart 1915-ci ildə adını tarixə bir daha zəfərlə yazdırdı.

  “Dəlinməz” deyilən zirehlilər parçalandı, “batmaz” deyilən gəmilər tək-tək Çanaqqala boğazına batırıldı.

  Çanaqqalaya ilk düşmən hücumu Birinci Dünya Müharibəsinin ilk günlərində oldu, 3 noyabr 1914-cü ildə. İngiltərə Mühasirə Donanması boğazın girişindəki Seddülbahir qalasını bombaladı, 5 Osmanlı zabiti və 81 əsgər Seddülbahir qalasındakı sursatlığın partlaması nəticəsində şəhid oldu. Çanaqqala müharibəsinin bu ilk şəhidləri Seddülbahir qalasının giriş qapısının yanına dəfn edildi. İlk şəhidlər abidəsi də burada ucaldıldı.

  Başda ingilislər olmaqla İttifaq dövlətlərinin hədəfində İstanbulun işğalı idi.

  Osmanlı ordusu Çanaqqala boğazındakı müdafiəni gücləndirdi.

  Sahillərə gəmilərdən sökülən toplar yerləşdirildi, boğazın hər iki yaxasında səyyar ordu batareyalar yaradıldı, mina xətləri boğaza sıralandı.

  İttifaq dövlətləri Çanaqqala boğazına 19 fevralda və ardından 6 gün sonra iki dəfə dəniz hərəkatı ilə yürüdü və hər ikisində də nəticəsi olmadı. Bundan sonra donanmanın başına admiral de Robek gətirildi. Onlar 18 mart səhəri böyük dəniz hərəkatına başladılar.

  “Nusrat” mina gəmisi artıq çoxdan hazır idi. 7 martı 8 marta bağlayan gecə “Nusrat”ın döşədiyi minalar 18 mart günü düşmənlərə öldürücü zərbələr vurdu. İttifaq dövlətlərinin döyüş gəmiləri top atəşindən qaçarkən minalara ilişdi. Fransanın zirehli gəmisi “Bouvet” o minalardan birinə çarparaq 3 dəqiqə içində 603 döyüşçüsü ilə birlikdə sulara gömüldü.

  İngiltərənin “Ocean” və “İrressistible” gəmiləri də eyni sonu yaşadı. “Agamemnon”, “İnflexible”, “Sufrren” və “Galua” gəmiləri isə ciddi zədələr alaraq döyüş gücünü itirdilər. Bütün bunlardan sonra admiral de Robek donanmaya geri çəkilmə əmri verdi. Beləliklə, 18 mart 1915-ci ildə mehmetciklər Çanaqqala dastanındakı ilk böyük zəfəri qazandılar.

  Ağır yaralar alan İttifaq dövlətləri 1 ay sonra - 25 apreldə quru döyüşünə başladılar və yenə eyni məğlubiyyətlə qarşılaşdılar. Bu dəfə tarix səhnəsinə 4 il sonra müstəqillik mübarizəsini başladacaq Mustafa Kamal Paşa çıxdı. O zaman Geliboluda şəhid qanlarıyla daha bir dastan yazıldı: “Çanaqqala keçilməz" sözləri o dastanla yaddaşlara qazındı.



Әlaqәli Xәbәrlәr