“Bütün bu hadisələrin hamısında qlobal Qərb ayrı-seçkiliyi görürük”

Antaliya Diplomatiya Forumunda (ADF) “İrqçilik və ayrı-seçkiliklə mübarizə” mövzusunda panel keçirilib

1794618
“Bütün bu hadisələrin hamısında qlobal Qərb ayrı-seçkiliyi görürük”

 

  Antaliya Diplomatiya Forumunda (ADF) “İrqçilik və ayrı-seçkiliklə mübarizə” mövzusunda panel keçirilib.

  Paneldə çıxış edən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) “Müsəlmanlara qarşı dözümsüzlük və ayrı-seçkiliklə mübarizə” üzrə xüsusi nümayəndəsi, səfir Mehmet Paçacı Qərbdə siyasi partiyaların səs toplamaq üçün irqçilik və anti-müsəlmanlıqdan istifadə edildiyini, bu baxımdan ATƏT regionunda irqçilik və ayrı-seçkiliyin getdikcə daha çoxaldığını söyləyərək deyib: “Müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik getdikcə daha çox təşkilatlanır və normallaşır”.

  Sierra Leonenin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Devid Con Frensis (David John Francis) öz növbəsindəki çıxışında bunları söyləyib: “Beynəlxalq qurumlarda bizə və başqalarına münasibət ortadadır. Məhz buna görə sistemlər doğru çalışmır. Elə Amerika Birləşmiş Ştatlarında (ABŞ) polis zorakılığı nəticəsində ölən Afrika əsilli Corc Floydun məsələsini götürək. Oradan yeni növ koronavirus (Covid-19) peyvəndinə, Ukrayna müharibəsinə qədər hamısında qlobal Qərb ayrı-seçkiliyi görürük”.

  Türkiyə-Yəhudi İcmasının rəhbəri İshaq İbrahimzadə də “BMT, Avropa İttifaqı və müxtəlif qeyri-hökumət təşkilatları kimi bir çox qurumun təsis edilib külli miqdarda sərmayələr xərclənməsinə baxmayaraq, bəşəriyyətin irqçiliklə mübarizədə uğursuzluğa düçar olduğunun göründüyü”nü söyləyib.

  Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara isə irqçilik və ayrı-seçkiliyin ən çox qurbanının afrikalı olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr