NATO-nun baş katibi Türkiyəyə gəlir

NATO-nun baş katibi Yens Stoltenberq martın 11-də Türkiyəyə səfər edəcək

1793257
NATO-nun baş katibi Türkiyəyə gəlir

 

  NATO-nun baş katibi Yens Stoltenberq martın 11-də Türkiyəyə səfər edəcək.

  NATO-dan verilən məlumatda deyilir ki, Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək, Antaliya Diplomatiya Forumunda iştirak və çıxış edəcək.

  Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Mariano Qrossi də Antaliya Diplomatiya Forumunun iştirakçıları arasında olacaq. O, sosial media hesabından verdiyi açıqlamada Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyinin təcili şəkildə təmin edilməsi ilə bağlı danışıqlar aparacağını bildirib.



Әlaqәli Xәbәrlәr