Mustafa Şentop: ''Rusiyanın başlatdığı әmәliyyatı qәbuledilmәz hesab edirik’’
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatın qəbuledilməz olduğunu bildirib.
1784829
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatın qəbuledilməz olduğunu bildirib.
Mustafa Şentop verdiyi yazılı açıqlamada bu ifadәlәrә yer verib: "Rusiya Federasiyasının Ukraynaya başlatdığı hərbi əməliyyatı qəbuledilməz hesab edirik. Bu hücum başda bölgәmizin sabitliyi olmaqla dünya sülhünü və təhlükəsizliyini sarsıda bilәcәk təhlükəli addımdır. Biz Rusiya Federasiyası və Ukraynanın bu mәsәlәni diplomatiya və dialoq yolu, beynәlxalq hüquq normaları və Minsk razılaşmaları çərçivəsində həll etmәlәrini arzulayırıq. Müharibədə qalibin olmayacağını bir daha xatırladaraq Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimizi vurğulayırıq’’.