Prezident Ərdoğan BƏƏ-də gənclərə müraciət edib

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Dubai Expo-da gənclərlə görüşüb.

1779612
Prezident Ərdoğan BƏƏ-də gənclərə müraciət edib

Prezident görüş zamanı gənclərə müraciət edərək Türkiyə ilə BƏƏ gəncləri arasında əlaqə və əməkdaşlığı gücləndirmək üçün yeni addımlar atdıqlarını bildirib. Bu kontekstdə Əbu-Dabidə “gənclik sahəsində əməkdaşlığa dair anlaşma memorandumu”nun imzalandığını xatırladıb və gənclərin bu müqavilənin səmərəli olması uğrunda lazımi səyi göstərəcəyinə inamının tam olduğunu vurğulayıb. Ərdoğan: “Siz Gənclərdən Türkiyə və BƏƏ arasında könüllü səfirlər kimi fəaliyyət göstərmənizi gözləyirik. İki dost və qardaş ölkə olaraq bizim geniş ciddi əməkdaşlıq imkanlarımız mövcutdur. Xüsusilə kosmos proqramları və innovativ texnologiyalar sahəsində oxşar baxış və fikirlərimiz olduğunu müşahidə edirəm. Keçən il uzunmüddətli bir planlaşdırma və işin məhsulu olan Milli Kosmos Proqramımızı açıqladıq. İnşallah, Respublikanın quruluşunun 100-cü ildönümündə, yəni gələn il milli və unikal raketimizlə Aya eniş edəcəyik. BƏƏ ilə kosmos, texnologiya, startap şirkətləri və elmi əməkdaşlıq kimi sahələrdə əməkdaşlığı irəli pillələrə qaldırmalıyıq. Çünkü arzularımızın və məqsədlərimizin rəallaşmasının bundan asılı olduğuna inanıram. Siz gənclərin parlayan gözlərində də bu inamı, əzmi və arzuyu görürəm”-prezident Ərdoğan deyib.



Әlaqәli Xәbәrlәr